Ermənistan Azərbaycanın bu layihələrində İŞTİRAK EDƏ BİLƏR

Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsi imzalandığı halda, qonşu ölkənin enerji layihələrimizdə iştirakını istisna etmək mümkün deyil.

Bakuexo.az xəbər verir ki, bunu report-a açıqlamasında energetnika naziri Pərviz Şahbazov Ermənistanın Azərbaycana məxsus enerji layihələrində iştirak etməsi ehtimalına münasibət bildirərkən deyib.

“Azərbaycan həmişə regional əməkdaşlığın təşəbbüskarı olub”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu ilin mart ayında Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest