“Ermənistan Azərbaycana indiyə qədər imtina etdiyi ərazilərin mina xəritələrini təhvil verib” – Abramyan

“Ermənistanın susqunluğundan belə məlum olur ki, düşmənə bütün o rayonların minalanmış sahələrinin xəritələri verilib, hansı ki, rəsmi İrəvan indiyə qədər imtina edirdi”.

Erməni mətbuatı xəbər verir ki, bu fikirləri “Şərəfim var” blokundan deputat Tiqran Abramyan səsləndirib.

“Ermənistanda on hərbi əsirin qaytarılması ilə bağlı danışıqların aparılması məsələsi haqda rəsmi heç nə elan olunmayıb. Azərbaycan tərəfi iddia edir ki, Ermənistan rəsmi Bakıya əvvəllər təqdim etmədiyi mina sahələrinin xəritələrini verib. Səhv etmirəmsə son vaxtlara qədər Ermənistan üç rayonun minalanmış sahələrinin xəritələrini Azərbaycana ötürüb” – deyə Abramyan vurğulayıb.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest