Ermənilər Şuşa ətrafına ağır texnika toplayır – PEYK GÖRÜNTÜSÜ

Ermənilər Şuşa ətrafına ağır texnika toplayır.

10 noyabr üçtərəfli birgə bəyanatından sonra Qarabağdan çıxmalı olan erməni terror qrupları nəinki ərazidən çıxmaq istəmir, həm də onlar məskunlaşdığı Azərbaycan torpaqlarına yeni ağır texnika və silahlar yığır.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev şəxsi Feysbuk səhifəsində yazıb.

Ekspertin təqdim etdiyi peyk görüntülərindən aydın olur ki, düşmən Xocalı rayonunun Daşkənd kəndinə tank, top və 100-ə yaxın ağır texnika toplayıb.

Qeyd olunub ki, sözügedən kənd Şuşa şəhəri yaxınlığındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest