Ermənilər Laçında “ali ibadət” mərasimi keçirdilər – FOTO

Noyabrın 15-də  Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq  Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarəti altında qalan Laçın şəhərindəki   “Tanrının yüksəlişi” kilsəsində “ata” Benjamin Saturyanın rəhbərliyi ilə  xristianların ail ibadət ayini sayılan “ilahi” liturgiya mərasimi keçirilib.

Bu barədə Erməni Apostol Kilsəsinin keçmiş Dağlıq Qarabağın, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir hissəsində faktiki fəaliyyət göstərən “Artsax Yeparxiyası”nın mətbuat xidməti məlumat yayıb.Məlumata görə, “müqəddəs” mərasimdə hazırda Laçında qanunsuz olaraq sülənən haylar, o cümlədən qondarma “Kaşataq rayonu”nun qeyri-qanuni “administrasiyası”nın rəhbəri Muşeq Alaverdyan və Laçın şəhərinin qanunsuz “mer”i Narek Aleksanyan iştirak ediblər.O da bildirilib ki, bu, 2020-ci ildəki 44 günlük  müharibədən sonra Laçındakı erməni kilsəsində keçirilən ikinci belə ayindir.  Hay keşişləri  “müqəddəs” liturgiyadan sonra Laçın rayonunun  ermənilərin qanunsuz süləndiyi digər məntəqəsində – “Aqavno” adlandırdıqları Zabux kəndindəki   “müqəddəs şəhidlər” kilsəsində də növbəti vəftiz – xaç suyuna çəkilmə mərasimi icra  ediblər…Hayların Xankəndidəki dini qurumundan o da əlavə edilib ki, bundan sonra Laçındakı kilsədə ayda bir dəfə belə ayin keçiriləcək…

Xatırladaq ki, faktiki olaraq 30 ilə yaxındır işğal altında qalan Laçın şəhərində erməni kilsəsi qanunsuz olaraq 1996-1998-ci illərdə tikilib. Kilsənin həyətində qondarma “1915-ci il erməni “soyqırımı”na və 1988-ci il Spitak zəlzələsi qurbanlarına abidələr qoyulub, xaçkarlar qurulub…/moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest