Ermənilər Əsgəranda 650 mənzilli yeni qəsəbə salır-FOTO

Qarabağın Əsgəran bölgəsində 44 günlük müharibədə evlərini itirmiş erməni ailələri üçün 650 ev tikiləcək.

Bakuexo.az xəbər verir ki, bu barədə “Panorama.am” saytı məlumat yayıb. Məlumatda deyilir ki, bununla bağlı separatçı qurumun başçısı Arayik Arutyunyan yeni salınacaq qəsəbənin ərazisinə gəlib. 44 günlük müharibədə Hadrut və Xocavənd ərazilərindən köçmək məcburiyyətində qalan ailələr üçün bütün infrastrukturu olan yaşayış massivində artıq tikinti işləri başlanılıb.

Tikinti işləri Ermənistan Respublikası Hökuməti tərəfindən ayrılan vəsait hesabına aparılır.

“Arayik Arutyunyan tikintinin gedişi ilə tanış olub və müvafiq tapşırıqlar verib. 650 evdən ibarət yaşayış sahələri bütün lazımi infrastrukturla təmin olunacaq. İlk evlər artıq 2022 -ci ildə hazır olacaq, inşaatın 2023 -cü ildə tamamlanması planlaşdırılır”-deyə nəşr yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest