“Erməni yer adları son vaxtlar rəsmi sənədlərimizdə niyə Azərbaycanca yazılır?”- Deputat Akopyan vay-həşir saldı

“MTX bir müddət əvvəl Vorotan kəndini Azərbaycan toponimi adlandıran bir bəyanat yaymışdı. (MTX-nin bəyanatında” Eyvazlı “ifadəsi işlədilmişdi). Bununla təhlükəsizlik xidməti nə demək istəyir? Tədricən bizə bunun guya Azərbaycan ərazisi olduğunu öyrədirlərmi? İnternetdə belə məlumatlar çoxdur. Görürsünüzmü, Azərbaycan tərəfi indi də Qafanın Ermənistana qalan hissəsini də hər an kəsə bilər”

Bakuexo.az xəbər verir ki, bu sözləri müxalif deputat Baqe Akopyan “Sputnik Armeniya”ya müsahibəsində deyib.

Akopyan daha sonra bildirib ki,” Son vaxtlar rəsmi məlumatlarda erməni yer adları(?) Azərbaycanca yazılır. Məsələn, Sev luç deyən yoxdur, hamı Qara göl deyir. “Artsax” da yavaş-yavaş leksikonumuzdan çıxır. Bütün rəsmi sənədlərdə Dağlıq Qarabağ yazılır. Bu dəhşətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest