Erməni separatçılarından günbəgün zəifləyən daha bir müharibə çağırışı

Ya çoxsaylı insan təlafatı ilə nəticələnəcək müharibə olacaq, ya da ermənilər Qarabağı tərk edəcək”.

Bunu Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “xin rəhbəri” David Babayan deyib.

Onun sözlərinə görə, hadisələr iki senari üzrə inkişaf edə bilər.

Birinci senarinin perspektivi zəifdir, kiçikçaplı əməliyyatlar ola bilər. Proseslər daha çox ikinci senari üzrə gedir: ermənilər bölgəni tərk edirlər.

Babayanın separatçı-terrorçu rejim üçün mənfi senariləri dilə gətirməsi Rusiyadan, Ermənistandan və erməni diasporundan daha çox dəstək əldə etmək məqsədi daşıyır. Və bu, həm də separatçıların çətin vəziyyətdə olduğuna dəlalət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest