Erməni diasporunun dəstəyi ilə Əsgəranda sosial layihələr kerçəkləşdirilir

Hazırda ermənilərin nəzarətində olan Əsgəranın Xramort kəndindəki məktəb erməni diasporunun hesabına təmir ediləcək. 

Bu haqda məlumatı Suriyanın “Gandzasar” erməni icmasının nəşri yayıb.

Mənbə bildirir ki, vəsait “Ay data” (“Erməni ədaləti”) təşkilatının Avropa Bürosunun,  Belçika və Qarabağın dostluq qrupunun səyləri ilə toplanıb.

Təmirdən əlavə məktəb yeni tədris avadanlığı ilə təmin ediləcək. Xramort kəndində Hadrut bölgəsinin sakinlərinin məskunlaşdığı deyilir.

Xatırladaq ki, 2-ci Qarabağ müharibəsindən öncə də erməni diasporu Qarabağ ermənilərinə külli miqdarda vəsait göndərmişdilər. Həmin pulların hesabına Göyçə mahalından Kəlbəcərə yol çəkilmişdi, Xankəndində bəzi binalar tikilmişdi. Digər ərazilərdə isə ermənilər 30 ildən çoxdur ki, bir daşı daş üstünə qoymamışdılar, əksinə azərbaycanlıların evlərini sökərək həmin daşlardan səngər qurmuşdular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest