Erməni aparıcı çayda çəkiliş zamanı öldü

Erməni aparıcı çəkiliş zamanı ölüb.

Shamshyan.com xəbər verir ki, “Şant” telekanalının aparıcısı Armine Çaqaryan Lori vilayətində dünyasını dəyişib.

Huşunu itirmiş teleaparıcı xilasedicilər tərəfindən Debet çayından çıxarılaraq Alaverdidəki xəstəxanaya çatdırılıb. Lakin bir az sonra onun ölümü ilə bağlı xəbər yayılıb.

Nəşrin məlumatına görə, hadisə Çaqaryanın “Bu mənim çamadanımdır” müəllif proqramının çayda çəkilişləri zamanı baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest