Erməni: “Anam, bacım Bakıda yaşayır, Qarabağ Azərbaycandır!” – VİDEO

Erməni bloger Arsen Akopyan Bakıda anadan olan bir erməni ilə azərbaycanlı bloger Kamran Razmovarın dialoqunun görüntülərini paylaşıb.

Söhbət zamanı erməni olduğu deyilən şəxs Bakıda anadan olduğunu və 2001-ci ildə Ukraynanın Xarkov şəhərinə köçdüyünü deyib.

Söhbət zamanı erməninin Azərbaycan dilini yüksək səviyyədə bildiyi də üzə çıxır.

O, K.Razmovarın 2001-ci ilə qədər Azərbaycanda yaşaması ilə bağlı təəccübünə rəğmən, hətta hazırda bacısı və anasının Bakıda yaşadığını bildirib.

K.Razmovarın “test üçün” səsləndirdiyi şüara isə erməni belə cavab verib: “Qarabağ, əlbəttə, Azərbaycandır!”

Söhbətin videosunu təqdim edirik:

/axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest