EMİN şəhər salır-FOTO

İş adamı Emin Ağalarov “Sea Breeze” resort kompleksi barədə planlarını açıqlayıb.

Ağalarov gələcək planlarını rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, “Sea Breeze” onun arzularının şəhəridir:

“Bura mənim uşaqlığımın keçdiyi yerdir. Uşaq ikən, harada olmağımızdan asılı olmayaraq, hər il biz bura gəlirdik. Mənim atam burada 1983-cü ildə ev almışdı. Xatirələrlə dolu yerdir. Arzularımın şəhərində klinikadan tutmuş bütün kommunikasiyalara qədər olacaq”.

İş adamı bildirib ki, indiyədək şəhərin tikintisinə milyonlarla manat yatırılıb.

Ağalarov əlavə edib ki, layihənin bəzi hissələri üçün kanadalı mütəxəssislər cəlb olunub:

“Həmin mütəxəssislər Xəzər dənizinin son 130 illik davranışını tədqiq edib və belə qərara gəlindi ki, bundan 15 il sonra dəniz bir qədər də çəkiləcək. Buna baxmayaraq, biz xüsusi bərkitmə işləri aparmışıq. Ümumilikdə, layihə dəniz səviyyəsindən 5 metr hündürlükdə tikilib. Biz layihəyə başlamazdan əvvəl buralar bataqlıq idi. Çünki hamı evini dənizdən bir qədər kənarda tikirdi. Amma bəzi ərazilərin sahibi var idi. Biz həmin əraziləri aldıq”.

O, jurnalistlə şəhərdə gəzintisi zamanı atası Araz Ağalarovun (“Crocus Group”un prezidenti, özünün və fəxri qonaqlar üçün nəzərdə tutulmuş evi göstərib. Bununla yanaşı, “Sea Breeze”də hazırda onun övladları üçün dörd ayrı malikanə tikilir.

Jurnalistin sualına cavab olaraq Emin deyib ki, “Sea Breeze”dəki “penthaus” tipli mənzillərin qiyməti 1.5 milyon dollardır. Onların sahəsi təxminən 600 kvadratmetr təşkil edir. Ağalarov əlavə edib ki, “penthaus”lar artıq satılıb.

İş adamı onu da deyib ki, “Sea Breeze” layihəsi genişləndiriləcək./index.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest