Elman Rüstəmov üçün “yarpaq tökümü” başladı

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

Konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.

Qeyd edək ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest