EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək

ktay Kaynarcanın baş rolu oynadığı “Eşkıya Dünyaya Hükümdar Olmaz” (EDHO) serialının 200-cü bölümünün 26 oktyabr saat 20.00-da ekranlara çıxacağı anons edilsə də, yayım baş tutmamış və serialın başa çatdığı bildirilmişdi.

O zaman yayılan məlumatlara görə, hadisəyə səbəb Türkiyənin ATV telekanalı ilə istehsalçı şirkət arasındakı maliyyə anlaşılmazlığı olmuşdu.

Bu yaxınlarda serialın Oktay Karnarca olmadan başqa bir rəqəmsal platformda yayımlanacağı barədə çıxan xəbərlərdən sonra ATV EDHO-nun istehsalçısı olan “BVB Film Yapım Prodüksiyon A.Ş.” və Bahadır Özdeneri məhkəməyə verməyə hazırlaşır. Telekanalın 165 milyon lirə məbləğində təzminat iddiası irəli sürdüyü bildirilir.

ATV-dən verilən açıqlamaya görə, EDHO serialının bütün hüquqları məhz bu telekanala məxsusdur və onun, yaxud da bənzərinin digər bir kanal tərəfindən hansı adla olursa-olsun yayımlanması qeyri-mümkün və qanuna ziddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest