Düşmən tərəfinin itkiləri bəlli oldu-SİYAHI

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı uğursuz genişmiqyaslı təxribatlar törədib.

Azərbaycanın Ordusu tərəfindən görülən qəti tədbirlər nəticəsində qarşı tərəfin hücumunun qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin bölmələri canlı qüvvə və texnika sarıdan itki verərək geri çəkilməyə məcbur edilib.

Dünənki döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbçisi həlak olub, 46 nəfər yaralanıb. Yaralıların 14 nəfərinin vəziyyəti ağırdır.

İki strateji yüksəklik düşməndən azad olunub, ermənilərin iki postu darmadağın edilib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus minaatanlar, iri və orta çaplı pulemyotlar, dəzgah minatanlar (AQS tipli), müxtəlif markalı snayper və anti-snayper tüfəngləri, tank əleyhinə reaktiv qurğular, əl qumbaraları, gecəgörmə və nişan-hədəfalma cihazları, müxtəlif çaplı patronlar, piyada və tank əleyhinə minalar, avtomobillər, hərbi texnika və s. hərbi qənimət qismində ələ keçirilib. Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest