“Dünyanın 2-ci ən böyük duz gölü məhv olur ” – Qərbi Azərbaycan ekoloji fəlakətlə üz-üzə

“Urmu gölünün qurumasından yaranan ekoloji böhran və duz tozları bölgədə əsas təhdidlərdən biridir”.

İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, böhran səbəbindən bölgə əhalisi digər məntəqələrə köçməyə məcbur qalacaq. 

“Uzun illərdir Urmiya gölünün canlandırılması ilə bağlı istəklər elə istək olaraq qalıb və dünyanın 2-ci ən böyük duz gölü məhv olmaq üzrədir”, – agentlik bildirib. 

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Qorunması Baş İdarəsinin müdir müavini Hüccət Cabbari “Mehr”ə açıqlamasında bildirib ki, aprelin 10-da Urmu gölünün suyu dəniz səviyyəsindən 1270.77 metr səviyyədə olub. Bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 66 santimetr azalma olduğunu göstərir. 

O, əlavə edib ki, gölün əhatə etdiyi sahədə də azalma müşahidə olunur. Hazırda göldə 3.11 milyard kubmetr su olduğu təxmin edilir. Bu isə ötən ilə nisbətən suyun həcmində 2.18 milyard kubmetr azalma olduğundan xəbər verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest