Dünyada yeni xəstəlik peyda oldu – Qorxulu həddə çatdı

Avropada piylənmə yeni bir epidemiyaya çevrilib.

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus yavaş-yavaş öz təsirini itirərkən, Ümumdünya Səhiyyə Təşkilatının yeni epidemiya olaraq xarakterizə etdiyi piylənmə xüsusilə Avropada qorxulu həddə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi hesabatda bölgədə piylənmənin son 50 ildə 138 faiz artdığı və Avropada hər il 1,2 milyon insanın ölümünə səbəb olduğu bildirilib. Avropanın Amerikadan sonra piylənmənin ən çox rast gəlindiyi bölgə olduğu bildirilən hesabatda Avropada böyüklərin 59%-nin, məktəb yaşlı uşaqların isə üçdə birinin artıq çəki və ya obez olduğu vurğulanıb. Hər il ən azı 200 xərçəng xəstəliyi istisna olmaqla, piylənmənin ürək xəstəliyi və 2-ci tip diabet kimi xəstəliklərə səbəb olduğu xatırladılıb.

Hesabata görə, obez və ya artıq çəkidən əziyyət çəkən insanların sayına görə Türkiyə birinci yerdədir. Qeyd edilib ki, Türkiyədə yetkin əhalinin 66,8%-i artıq çəki, obez olaraq təyin olunanların nisbəti isə 32,1%-dir.

Qeyd edək ki, Türkiyədən sonra böyüklər arasında artıq çəki nisbətinin ən çox olduğu ölkələr sırasında Malta, İsrail və İngiltərə olub.

Azxeber.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest