Dünya ulduzlarını qırmızı xalılarda biabır edən kuryoz hadisələr – FOTO

Dünya ulduzlarının iştirakı ilə keçirilən qırmızı xalılar gündəmin əsas xəbərinə çevrilir. Obyektivlər qarşısında dəlisov və çılğın pozlar verən məşhurların hərəkətləri kimi geyindiyi geyimlər də gündəm olur. 

Qırmızı xalılarda ulduzların başına gələn kuryoz hadisələri təqdim edirik.  

2014-cü ildə “Met Gala”ya “Disney” obrazında sinə və kürək dekolteli uzun libasda qatılan 32 yaşlı aktrisa Heyden Panettyerin başına iş gəlib.

Yüksək topuqlu ayaqqabı və uzun libası pilləkənlərdən düşməyinə manə olub. Sənətçi gülə-gülə qırmızı xalının üzərinə yıxlılıb. Bu an isə paparasilərin obyektivindən yan qaçmayıb.  

“XL” ölçülü məşhur model Eşli Qremə qatıldığı tədbirlərin birində yüksək topuqlu ayaqqabısı çətin anlar yaşadıb. Sənətçi büdrüyərək, yerə yıxılmasa da, ayağından aldığı zədə ilə xeyli müddət müalicə alıb.  

49 yaşlı kolumbiyalı aktrisa Sofiya Verqara 2012-ci ildə qatıldığı “Emmy” mükafatlandırma mərasimində “ağlına gəlməyən, başına gəlib”.

Belə ki ulduz qırmızı xalıya çıxar-çıxmaz əyninə geyindiyi firuzəyi rəngdə, kiçik parıltılı daş-qaşlarla bəzədilmiş libasının omba hissəsi yırtılıb. Kulis arxasına keçən aktrisanın köməyinə dərzisi çatıb.  
Dünyaca məşhur aktrisa Bella Hadid üçün 2016 Kann Film Festivalı çətin anlarla yadda qalıb. Festivalın qırmızı xalısına uzun yarıqlı sinə dekolteli qırmızı libasda qatılan model yüksək topuqlu ayaqqabısı ilə geyiminin üzərinə çıxıb. Bu anda isə libasının yırtılmaq və eyni zamanda müvazinətini itirmək qorxusu ilə üz-üzə qalıb. Xoşbəxtlikdən model yıxılmayıb.  

Bir neçə həftə əvvəl oğlu dünyaya gələn Rihannanın da başı tədbirlərdə az bəlalar görməyib. “Ocean’s 8” filimin qala gecısinə hər kəsi heyrətləndirmək üçün sənətçi dərin sinə dekolteli qızılı tonda libasla qatılıb.

Ulduzu ən çox narahat edən çiynindən te-tez sürüşən libasın qol nahiyyəsi olub. Düzdür, fəlakət baş verməsə də, bu geyimə görə Rihanna o ki var əsəbiləşib.  

“Bozun 50 çaları” filmi ilə adından söz etdirən və məşhurlaşan aktrisa Dakota Conson 2016-cı ildə Xalqın Seçimi Mükafatlarına geyindiyi əlbisə onu tədbirdə pərt edib. Qırmızı xalçada problem yaranmasa da, səhnədə aldığı “Sevimli Dramatik Film Aktrisası” mükafatını qəbul edəndə libası arxadan açılıb. Həmin an isə Dakotanın köməyinə səhnədə olan həmkarı Lesli Mann gəlib. 

2011-ci ildə “Met Gala” ya su pərisini xatırladan qara, üzəri qızıl işləməli dar libasda qatılan dünya pop səhnəsinin divası Beyonse də geyiminiə görə tədbirdə çətin anlarla rastlaşıb. Libasın həddən artıq dar olması ulduzun gəzərək poz verməsinə mane olub. Onun köməyinə isə repçi həyat yoldaşı Cey-Zi gəlib.  
Dünya pop ulduzu Meray Kerri illər əvvəl qatıldığı qırmızı xalıda “Zoluşka”nın bir anlıq başına gələn hadisənin eynisini yaşayıb. Ayağına yüksək topuqlu “Louboutin” markalı ayaqqabı geyinən Meray bir anlıq müvazinətini itirib. Bu anda isə ayaqqabı onun ayağından çıxıb. 

Rəşad Əliyev, Bizim.Media











Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest