Dünya koronavirusla vidalaşır, Çin isə yeni qərarlar qəbul ETDİ

Çin koronavirusla bağlı yeni qərarlar verib.
Çin koronavirusa yoluxma hallarını sıfıra gətirmək üçün əlindən gələni etsə də, Şanxayda hələ də sərt karantin rejimi tətbiq edilir. Çinin paytaxtı Pekində səlahiyyətlilər koronavirus yoluxmasını azaltmaq üçün zamanla yarışır.
Paytaxtda ilk olaraq koronavirus testlərinin tətbiq olunacağı 3,5 milyon əhalisi olan Çaoyanq bölgəsində bu gün kütləvi testlərin üçüncü və son mərhələsi keçiriləcək. Digər regionların əksəriyyətində testin üçüncü mərhələsi sabah başlayacaq. Bölgədə izolyasiya tətbiqi çərçivəsində yaşayış yerlərinin sayı artsa da, bəzi spa mərkəzləri, idman zalları, kinoteatrlar, kitabxanalar və ən azı iki ticarət mərkəzi bu gün bağlanıb. Ərzaq çatdıran kuryerlərin bəzi yaşayış yerlərinə daxil olmasının qarşısı alınıb.
Qeyd edək ki, Çin rəsmiləri bu gün keçirdiyi mətbuat konfransında Pekində komendant saatı tətbiq edib-etməmək sualına cavab verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest