DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verilib – FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən sərhəd nəzarət postu əsaslı təmir olunaraq istifadəyə verilib. Postda Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada dövlət sərhədindən keçən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin rəsmiləşdirilməsi, sənədlərin mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminə daxil edilməsi və digər sərhəd nəzarəti tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest