“Döyüş mövqelərinin ətrafı niyə minalanmayıb?” – Vrtanesyan

“Kimsə izah edə bilərmi ki, bu döyüş mövqelərinin ətrafı niyə minalanmayıb?”

Erməni mediası xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə ekspert, ixtisaslaşmış “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan öz Facebook səhifəsində yazıb. Dekabrın 18-də duman səbəbindən iki azərbaycanlı hərbi qulluqçu yolu azaraq erməni tərəfə keçib və  əsir götürülüblər.  Dekabrın 20-də  hərbçilərin Azərbaycana qaytarılması erməniləri dəli edib.

Məlum olduğu kimi, ermənilər hara ayaq basırlarsa, tez onun ətrafını minalayırlar.

“2014-cü ilin iyununda Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləyərək sərhəd yüksəkliklərində dayanıblar. Bir neçə gün ərzində yollar çəkib, döyüş mövqeləri tikib və ətrafı minalayıblar”, – Vrtanesyan yazıb.

“Minalama – İkinci Dünya müharibəsi zamanı, Koreya müharibəsində və birinci Arsax müharibəsində aktual olan standart əməliyyatdır. İnsan quruda hərəkət etdikcə bu həmişə belə olacaq. Bir ildən artıqdır ki, düşmən mütəmadi olaraq döyüş mövqelərimizi ələ keçirir. Kimsə izah edə bilərmi ki, bu döyüş mövqelərinin ətrafındakı ərazilər niyə minalanmayıb?, – “təhlükəsizliyi üzrə ekspert” yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest