Dollar kreditinə görə əmisi ilə arvadını xəstəxanalıq etdi

Goranboy rayonunda oğlan əmisi və arvadını döyüb.

Ülvi Babayev əmisi Aqil Babayevin adına dollarla kredit götürüb və devalvasiyaya baxmayaraq banka pulu tam ödəyib. Dollara görə vətəndaşa kompensasiya qaytarılan zaman A.Babayev və onun həyat yoldaşı Mənzurə Sarıyeva Ü.Babayevə pulu qaytarmayıblar. 

Nəticədə onlar arasında mübahisə baş verib. Ü.Babayev əmisini və onun həyat yoldaşını döyərək müxtəlif bədən xəsarətləri yetirib. 

Onlar xəstəxanaya yerləşdiriliblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Məlumatla bağlı Goranboy RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest