Dini konfessiya rəhbərləri Şuşada Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın “güllələnmiş heykəllər”inə baxıb

Xəbər verdiyimiz kimi Azərbaycandakı dini dini konfessiyaların rəhbərləri Şuşaya səfər ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın “güllələnmiş heykəllər”inə baxıblar.

Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov heykəllərin işğal zamanı məruz qaldığı vandallıq barədə məlumat verib.

O qeyd edib ki, Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti tərəfindən əvvəlki yerinə qaytarılıb.

Xüsusi nümayəndə Şuşa İcra Hakimiyyətinin binası barədə də məlumat verib, bildirib ki, bina Prezident İlham Əliyevin göstərişi ilə yenidən təmir olunacaq, Xüsusi nümayəndəlik və Şuşa Qoruq İdarəsi buraya köçürüləcək.

Qeyd edək ki, Şuşaya səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest