DİN şəhid anasının iddialarına CAVAB VERDİ

Sosial Şəbəkələrdə Daşkəsən rayon sakini, şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil.

Bunu Oxu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

O bildirib ki, dekabr ayının 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünün və müavini Daşqın Cəfərovun döyülməsi barədə məlumat verib.

“Daha sonra Sevda Şıxıyeva sözügedən xidmətə müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum etməsini və şəhid ailəsini təhqir etməsini bildirib. Hər iki tərəf daha sonra Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib. Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazid addım atılmayıb.

Onu da qeyd edim ki, hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest