DİN-dən gənc aktrisanın taksidə seksual xarakterli hərəkətlərə məruz qalması barədə AÇIQLAMA -FOTO

Daxili İşlər Nazirliyi Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, aktrisa Lalə Süleymanova taksidə sürücü tərəfindən qeyri-etik hərəkətlərə məruz qalması ilə bağlı polisə müraciət edib:

“Məsələ ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, gənc aktrisa Lalə Süleymanova taksidə seksual xarakterli hərəkətlərə məruz qalması ilə bağlı sosial şəbəkələrdə paylaşım edib. “Bu gün “Bolt” taksi sürücü tərəfindən tacizə məruz qalmışam. Həmin şəxs arxaya çönərək dəfələrlə ayağıma baxıb, cinsi orqanına toxunurdu. Narahatlığımı dilə gətirməyə qorxurdum, “manyak”ın biri idi, maşını hara sürəcəyini bilmirdim. Utanmadan, sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı. Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəyəm” – deyə aktrisa qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest