Danimarkanın hərbi kəşfiyyat rəhbəri HƏBS EDİLDİ – ŞOK SƏBƏB

Danimarkanın hərbi kəşfiyyat rəhbəri Lars Finden həbs olunub.

Xarici media xəbər verir ki, Finden məlumatların sızdırılması ilə bağlı iş çərçivəsində həbs edilib.

İnformatorların daha əvvəl verdiyi məlumata görə, hərbi kəşfiyyat Danimarka qanunlarını pozan, xüsusilə də ölkə vətəndaşları haqqında məlumatların əldə edilməsi və ötürülməsi ilə bağlı fəaliyyətlər həyata keçirib. İnformatorların şikayətindən sonra qurumun iş keyfiyyəti barədə araşdırma başladılıb.

Lars Finden məlumatları gizlətməkdə, sübutlar mövcud olduqda belə Müdafiə Nazirliyi daxilində casusluq əlamətlərini müəyyənləşdirmək üçün tədbirlər görməməkdə, qeyri-qanuni xarakter daşıyan fəaliyyətləri gizlətməkdə, həmçinin Danimarka vətəndaşları haqqında əhəmiyyətli miqdarda məlumat toplamaqda və ötürməkdə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest