Daha iki klub ÇL-də 1/8 finalda

Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib. 

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bavariya” Ukraynada “Dinamo”nun qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. “Barselona” isə İspaniyada “Benfika”nı qəbul edib və qolsuz bərabərə qalıb.

F qrupunda “Mançester Yunayted”i İspaniyada “Vilyarreal”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”u sınağa çəkib və heç-heçə edib – 3:3. Bu nəticədən sonra “Mançester Yunayted” növbəti mərhələyə yüksəlib.

G qrupunun lideri “Zalsburq” Fransada “Lill” ə uduzub  – 0:1.  “Sevilya” isə evdə “Volfsburq” a 2:0 hesabı ilə qalib gəlib.

H qrupunda “Çelsi” “Yuventus”a 4:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib. . Qrupun digər oyununda Rusiya “Zenit”i İsveçdə “Malmö” ilə qarşılaşıb və heç-heçə edib – 1:1.  Bu nəticədən sonra Sankt-Peterburq təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, 3-cü yerin sahibi kimi Avropa Liqasının pley-offunda oynamaq şansı qazanıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

23 noyabr

E qrupu


21:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Bavariya” (Almaniya) – 1:2
Qollar: Denis Qarmaş, 70 – Robert Levandovski, 14. Kinqsli Koman, 42

00:00. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) – 0:0

Xal durumu: “Bavariya” – 15, “Barselona” – 7, “Benfika” – 5, “Dinamo” – 1.

21:45. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2
Qollar: Kriştiano Ronaldo, 78. Ceydon Sanço, 90

00:00. “Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya) – 3:3
Qollar: Cordan Sibaço, 39. Vensan Syerro, 80. Silvan Hefti, 84 – Duvan Sapata, 10. Xose Luis Palomino, 51. Luis Muryel, 88

Xal durumu: “Mançester Yunayted” – 10, “Vilyarreal” – 7, “Atalanta” – 6, “Yanq Boyz” – 4.

G qrupu

00:00. “Lill” (Fransa) – “Zalsburq” (Avstriya) – 1:0
Qol: Conatan Devid, 31

00:00. “Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya) – 2:0
Qol: Xoan Xordan Moreno, 13, Rafael Mir Visente, 90+7

Xal durumu: “Lill” – 8, “Zalsburq” – 7, “Sevilya” – 6. “Volfsburq” – 5.

H qrupu

00:00. “Malmö” (İsveç) – “Zenit” (Rusiya) – 1:1
Qollar: Sören Riyeks, 28 – Yaroslav Rakitski, 90+2-pen
Qırmızı vərəqə: Dmitri Çistyakov, 86 (“Zenit”)

00:00. “Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya) – 4:0
Qollar: Trevo Çaloba, 25, Ris Ceyms, 56, Kallum Hadson-Odoi, 58, Timo Verner, 90+5

Xal durumu: “Çelsi” – 12, “Yuventus” – 12, “Zenit” – 4, “Malmö” – 1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest