Daha bir erməni təxribatının qarşısı alındı

Oktyabrın 1-də MDB ölkələrinin Altıncı Beynəlxalq “Eurasia.DOC-2021” Sənədli Filmlər Festivalı başlayacaq. Festival çərçivəsində Minskdəki “Belarus” kinoteatrında Armen Xaçatryanın rejissoru olduğu “Bitməmiş xatirələr” sənədli filmi nümayiş olunacaqdı. Lakin Azərbaycan tərəfinin təkidi ilə filmin nümayişi dayandırılıb.

Bakuexo.az xəbər verir ki, bu barədə “Panorama.am” məlumat yayıb. Məlumatda deyilir ki, “Film “Hayk” Sənədli Film Studiyasında hazırlanıb. Film Ermənistan ordusunda xidmət edən cəsur qadınlardan bəhs edir. Çəkilişlərin bir hissəsi “Artsax”da baş tutub.

Sentyabrın 25 -də filmin azərbaycanlılar tərəfindən təhdid edildiyi üçün proqramdan çıxarıldığı barədə yaradıcı heyətə məlumat verilib. Festivalın rəhbərliyinə görə, onlar acizdirlər və vəziyyəti heç bir şəkildə düzəldə bilməzlər “.

Xatırladaq ki, bir müddət əvvəl erməni rejissor Jivan Avetisyanın “Cənnətin qapısı” filmi də Moskva Beynəlxalq Film Festivalının müsabiqədənkənar proqramından çıxarılmışdı. Filmdə Qarabağda cərəyan edən hadisələr təhrif edilmiş şəkildə təqdim edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest