Dərəyə yuvarlanan avtobusdakı onlarla sərnişin həlak olub

Perunun Patas vilayətində təhlükəli dağlıq ərazidə hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq dərəyə yuvarlanıb.

“RİA Novosti” yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər həlak olub, altı sərnişin xəsarət alıb.

Qeyd olunur ki, avtobusun salonunda azyaşlı uşaqlar da daxil olmaqla 33 sərnişin olub.

İlkin məlumata görə, qəza yolun pis vəziyyətdə olması səbəbindən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest