ÇL: İspaniya klubları yarımfinalda, “Bavariya” və “Çelsi” mübarizəni dayandırıb

İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.

“Real Madrid” evdə turnirin son qalibi olan İngiltərənin “Çelsi” klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən “kral klubu” 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. “Çelsi”nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. “Real Madrid”in finala gedən yolda rəqibi “Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) görüşünün qalibi olacaq.

Daha əvvəl İspaniyanın digər təmsilçisi “Vilyarreal” növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

İspaniyanın “Vilyarreal” klubu növbəti mərhələyə yüksəlib.

Evdəki ilk matçda Almaniya “Bavariya”sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşündə 1:1 hesablı heç-heçəyə nail olub. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə “Vilyarreal”ı yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) cütünün qalibi olacaq.

Gecənin digər oyununda isə İngiltərənin “Çelsi” klubu İspaniyada “Real Madrid”lə qarşılaşır. Matçın əsas vaxtı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılır.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

 “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə) – 1:3 (ƏLAVƏ VAXT. 2:3)

Qollar: Rodriqo, 80 Benezema, 96 – Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

“Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1

Qol: Robert Levandovski, 52 – Samuel Çukvueze, 88

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə “Liverpul”u Portuqaliya “Benfika”sını, İspaniyanın “Atletiko” (Madrid) komandası isə İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest