Cinsi təcavüzə məruz qaldığı deyilən tennisçi DANIŞDI

Baş nazir müavinini cinsi təcavüzdə günahlandıran tennisçi yeni açıqlamlar verib.

Çinin Baş nazirinin sabiq müavinini cinsi təcavüzdə günahlandıran və bu haqda yazısı silinən, özünün də bir müddət yoxa çıxdığı tennis ulduzu Penq Şuai son müsahibəsilə hamını çaş-baş qoyub.

Peng, son zamanlar, adətən, Pekindəki evində qaldığını, nəzarət altında deyil, istədiyi kimi sərbəst şəkildə çölə çıxdığını bildirib:

“Niyə kimsə məni izləsin? Mən həmişə belə azad olmuşam. Əvvəla, çox vacib bir şeyi vurğulamaq istəyirəm. Mən heç vaxt deməmişəm və yazmamışam ki, kimlərsə tərəfindən cinsi təcavüzə məruz qalmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest