Çində təbii fəlakət qurbanlarının sayı artdı – FOTO

Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Bu barədə “Global Times” məlumat yayıb.

Səkkiz nəfər itkin düşüb. Təbii fəlakətin zərər verdiyi ərazidə üç milyondan çox insanın olduğu bildirilir.

17 iyuldan başlayan yağışlar Henan əyalətinin əksər hissəsində hələ də davam edir. Daha əvvəl daşqınlar səbəbindən 25 nəfərin öldüyü bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest