Çin Əfqanıstana əl uzatdı

Çin hökuməti Əfqanıstana 30 milyon dollar həcmində təcili yardım paketi ayırmaq barədə qərar qəbul edib.

Bu barədə İran, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan XİN rəhbərlərinin onlayn görüşündə çıxış edən Çinin xarici işlər naziri Van İ bildirib.

O qeyd edib ki, ayrılacaq vəsait Əfqanıstan əhalisinin ehtiyacları üçün sərf ediləcək.

Çinli nazirin sözlərinə görə, həmin məbləğə ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar, eləcə də koronavirusa qarşı peyvəndlər əldə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest