Çimrlikdə baş verən atışmada 10 nəfər yaralandı

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 10 gənc yaralanıb.

Bu haqda məlumatı “la Repubblica” nəşri yayıb.
 
Mənbə yazır ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında qeydə alınıb.

Atışma zamanı hadisə yerində 300-dək adam olub. 

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest