Çempionlar Liqasında həftənin komandası və futbolçusu

Çempionlar Liqasında  qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.

Ən yaxşı 11-likdə  “Real”, Çelsi”, “Leyptsiq” və “Sportinq”dən hərəyə 2 futbolçu yer alıb..

Qapıçı: Tibo Kurtua (“Real”, İspaniya)

Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi “Çelsi”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), David Alaba (“Real Madrid”, İspaniya), Pedro Porro (“Sportinq”, Portuqaliya)

Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi “Leyptsiq”, Almaniya), Tyaqo Alkantara (“Liverpul”, İngiltərə), Pedru Qonsalveş (“Sportinq”, Portuqaliya)

Hücumçu: Edin Ceko (“İnter”, İtaliya)

Həftənin futbolçusu isə “İnter”in hücumçusu Edin Ceko seçilib. Bosniya və herseqovinalı forvard Ukraynanın “Şaxtyor” (Donetsk) klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest