Çempionlar Liqası: “Liverpul” finalda!

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada İngiltərə “Liverpul”unu qəbul edib. “Estadio de la Keramika” stadionundakı qarşılaşma ingilislərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn “Liverpul” finala yüksəlib. 

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə) 2:3

Qollar: Dia, 3, Koklen, 41 – Fabinyo, 62, Luiz Diaz, 67, Mane, 74. 
Baş hakim: Danni Makkeli (Niderland)
Vilyarreal, “Estadio de la Keramika” stadionu

Qeyd edək ki, digər yarımfinal matçı mayın 4-də “Real Madrid” (İspaniya) və “Mançester Siti” (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest