Cazibədar xanım idmançı Ronaldoya heyran imiş

Voleybol üzrə Türkiyə millisinin üzvü Zəhra Günəş maraqlı açıqlamasıyla diqqətləri çəkib.

22 yaşlı blok oyunçusu “Vakıfbank” klubundakı karyerası barədə danışarkən, portuqaliyalı futbolçu Kriştiano Ronaldoya olan heyranlığını da dilə gətirib.

O, Ronaldo kimi peşəkar idmançı görmədiyini deyib:

“Voleybola gəlməzdən öncə idmanla heç bir əlaqəm yox idi. Akademik bacarığıma çox bağlı biri idim. Kriştiano Ronaldoya isə əlahiddə heyranlığım var. Həqiqətən də, idmana bu qədər bağlı olan, sahəsinin peşəkarı olan başqa bir idmançı görmədim. Ronaldo bu sferada hər kəsə örnək olacaq biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest