Çağrı mərkəzləri işləməyəcək – VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

“155” çağrı mərkəzinin, o cümlədən “109” məlumat xidmətinin işini təkmilləşdirmək və xidmət keyfiyyətini artırmaq məqsədilə may ayının 14-dən 15-nə keçən gecə saat 01:00-dan 08:00-dək texniki-profilaktik işlər həyata keçiriləcək.

“Baktelecom”dan verilən məlumata görə, bu müddət ərzində müraciətlərin qəbulu sayt və sosial şəbəkələr üzərindən mümkün olacaq.

“Aztelekom”dan isə bildirilib ki, profilaktik işlər qeyd edilən vaxtda müəssisəyə aid “170” Çağrı mərkəzi üzrə də aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest