ABŞ-ın Cənubi Karolina ştatında edam məhbusları üçün güllələnmə variantının qüvvəyə minməsindən sonra ilk edam bu ay həyata keçiriləcək.
Xarici media xəbər verir ki, bu barədə Cənubi Karolina Penitensiar Müəssisəsi yazılı açıqlamada bildirib.
Bəyanatda deyilir ki, edam cəzasına məhkum edilmiş Riçard Bernard Mur bu gün hökmdən xəbərdar olacaq və 29 apreldə edam ediləcək.
Xatırladaq ki, 2021-ci ilin may ayında Cənubi Karolina güllələnmə ilə edamı təmin edən qanun qəbul edib.
Qeyd edək ki, ABŞ-da Cənubi Karolina, Missisipi, Oklahoma və Yuta ştatları güllələnmə edam üsulundan istifadə edir.