“Bütün dünya Baydenin psixi problemlərinin olduğunu görür” – Ağ Evin keçmiş həkimi

ABŞ prezidenti Co Baydenin idrak etmə qabiliyyəti “milli təhlükəsizlik problemi”nə çevriləcək qədər pisləşib.

One America News xəbər verir ki, bu iddia ilə Ağ Evin keçmiş həkimi, Nümayəndələr Palatasının üzvü Ronni Cekson çıxış edib.

Həkimin sözlərinə görə, Birləşmiş Ştatlar Prezidenti xüsusən son vaxtlar adekvat olmayan davranışlar nümayiş etdirir.

O qeyd edib ki, Rusiya ilə genişmiqyaslı münaqişə riskinin olduğu indiki şəraitdə ABŞ lideri baş verənlərdən aydın şəkildə reaksiya verməyə borcludur.

“Mən diaqnoz qoymağa çalışmıram, amma düşünürəm ki, bütün dünya onun psixi problemlərinin olduğunu görür”, – Ronni Cekson vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest