“Bunların hamısını mənə edən Elməddin oldu”-Xalq artisti

Teatr üçün darıxıram. Balıq sudan ayrı necə qalar, biz də elə olmuşuq. Amma nə edə bilərik, bütün dünyada qanun bu formadadır. Nə vaxt icazə verilsə, onda da teatrların fəaliyyəti bərpa olunacaq. Biz də məşqlərimizə başlayacağıq”.
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. Aktrisa 17 aydır teatrsız çox darıxdığını bildirib.

Bir çox seriallarda rol alan Mahmudova sonuncu çəkildiyi “Ailəmiz” ekran işindən söz açıb. O, layihə rəhbəri Elməddin Cəfərovun olduğu ekran işinin yayımının dayanmasından xəbərsiz olduğunu bildirib:

“Bakıda yox idim, ona görə də bilmirəm. Necə məsləhət bilinsə, elə də olacaq. Çağırsalar, gedəcəm. Bu fasilədə ən çox Elməddin üçün darıxdım. Məni tamaşaçıya sevdirən, lap çox tanıdan onun layihəsi olub. 10 ildən artıq müddətdə onun seriallarında çəkilmişəm. Ondan əvvəl də film, seriala çəkilirdim. Amma bu qədər sevilmirdim. Məni tamaşaçıya tanıtdılar. Bir də onu deyim ki, sənət adamına ən böyük hörməti orada gördüm. Tələbkar aktrisa deyiləm. Nə desələr edən adamam. Hörməti, qayğını, insanlığı Elməddindən gördüm. Bunların hamısını mənə edən Elməddin Cəfərov oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest