Bülent Ersoya çətir tutmaq komandana baha başa gəldi

Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun Anıtkabir ziyarəti zamanı ona çətir tutan Anıtkabir komandanı, həmçinin taqım komandanı vəzifələrindən azad olunublar.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

B.Ersoy isə açıqlamasında hərbçidən onun üçün çətin tutmasını xahiş etmədiyini deyib: “Kimsə mənə çətir versin, araba versin demədim. Arabanı zatən özüm gətirmişdim. Çətir tutulmasına gərək də yoxdur. Zatən ondan belə bir tələbim də olmadı. Çünki başımda papağım var idi. Mən istəməsəm, görməsəm də çətir tutublar. Nə olacaq, nə var bunda?”.

Qeyd edək ki, sözügedən görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olmuş, izləyicilər müğənnini tənqid atəşinə tutmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest