Bukmeykerlər “Avroviziya”da qalib gələcək ölkənin adını açıqladı – FOTO

Turin “Avroviziya-2022” mahnı müsabiqəsinin ilk yarımfinalına ev sahibliyi edib. Hər il bukmeykerlər, musiqi ekspertləri və tənqidçilər əsas musiqi müsabiqəsinin qalibinin kim olacağını proqnozlaşdırmağa və təxmin etməyə çalışırlar. 

Bukmeykerlər bu il Ukraynanın yarışmada favorit olduğunu açıqlayıblar. Müsabiqənin final mərhələsinə yüksələn rep qrupu “Kalush Orchestra” proqnozlara görə qələbəyə əsas namizəddir.  

“Eurovision World” saytında dərc olunan mərc reytinqinə əsasən, bukmeykerlərin 50%-i Ukrayna komandasına qələbə vəd edir. İkinci yerdə 12 faizlə İtaliya, üçüncü yerdə isə Böyük Britaniyadır. İlk 10-luğa İsveç, İspaniya, Yunanıstan, Polşa, Norveç, Hollandiya və Serbiya da daxildir.  
Əvvəlcə Ukraynanı müğənni Alina Paş təmsil etməli olsa da, qalmaqal yaşanıb. Ədalətsiz səsvermə ittihamları ilə yanaşı, seçimdən dərhal sonra məlum olub ki, Alina 2015-ci ildə Krıma səfər edib. Bu isə qaydalara görə qəti qadağandır.

Daha sonra müğənni Ukrayna tərəfdən sərhədi keçmək barədə saxta arayış verməkdə ittiham olunub.  

Qeyd edək ki, bu il musiqi yarışı Rusiya nümayəndə heyətinin iştirakı olmadan keçirilir. Bundan əlavə, Rusiyada ərazisində yaşayanlara “Avroviziya” iştirakçılarına səs vermək qadağan edilib.

Mayın 12-də Turində keçiriləcək ikinci yarımfinalın birinci hissəsində Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade to black” balladası ilə çıxış edəcək. Onun səsvermə nömrəsi 4-dür.  

Rəşad Əliyev



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest