Buçada KÜTLƏVİ MƏZARLIQ AŞKAR EDİLDİ – FOTO

Mixail Podolyak Buçadan rus əsgərləri tərəfindən öldürülən insanların fotolarını paylaşıb.

Bu gün işğaldan azad edilmiş Buça şəhərində təmizləmə işləri aparılıb. Şəhərə baxış keçirən ukraynalı hərbçilər əlləri bağlı insanların cəsədləri ilə qarşılaşıblar. Rus “xilaskar” ordusu onları sadəcə yox, əllərini bağlayaraq güllələyib.

“Bu adamlar hərbçi deyildilər. Onların silahları yox idi. Təhdid etmirdilər. İndi işğal olunmuş ərazilərdə daha nə qədər belə hallar baş verir?” – deyə Podolyak yazıb.
Motıjində də kütləvi məzarlıq aşkar edilib. Mülki şəxslər kütləvi əlləri bağlı şəkildə  rus ordusu tərəfindən qətliam edilib.

Buça şəhərinin meri Anatoli Fedoru bildirib ki, “Ukrayna ordusunun azad etdiyi vaxtdan bəri şəhərdə kütləvi məzarlıqlarda basdırılmış 280 nəfər artıq tapılıb”.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest