Bu şəxslərin ərik yeməsi məsləhət deyil

Dietoloqlar bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlərə ərik yeməyi tövsiyə etmirlər.

Bu barədə həkim Tatyana Boçarova məsləhət görüb.

O, bildirib ki, ac qarnına ərik yemək olmaz, çünki bu gələcəkdə mədə-bağırsaq problemi yarada bilər.

“Qastrit (remissiya zamanı da), mədə və bağırsaq xoraları, qıcıqlandırıcı bağırsaq sindromu və pankreatit xəstəliyindən əziyyət çəkənlər buna xüsusi diqqət yetirməlidirlər. Əgər pasient sadalanan xəstəliklərin kəskinləşməsi fasasını yaşayırsa, onlar ümimiyyətlə ərikdən imtina etməlidirlər ”,- deyə mütəxəssis RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, ərikin tərkibində olan limon və alma turşuları selikli qişanı qıcıqlandıra və qıcqırmaya səbəb ola bilər.

Mütəxəssis həmçini qeyd edib ki, bu meyvədən normadan çox istifadə etmək ishala gətirib çıxara bilər. O, hər gün 200-300 qram ərik yeməyin sağlamlığa zərər vermədiyini də bildirib. Ancaq bu sarı təamı digər giləmeyvələr və meyvələrlə eyni anda yemək tövsiyyə edilmir.

Dietoloq müsahibəsi zamanı quru ərikdən də danışıb. O, mədə-bağırsaq problemi olanlara ərik qurusunu məsləhət görmədiyini də vurğulayıb. Dietoloq həmçinin quru əriyin qarın qazına səbəb olduğunu da bildirib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest