Bu şəhərdə Yeni il şənlikləri LƏĞV EDİLDİ

Böyük Britaniya rəhbərliyi ölkədə koronavirusun “Omikron” ştammının yayılması səbəbindən Trafalqar meydanında keçirilməli olan Yeni il şənliklərini ləğv edib.

TASS xəbər verir ki, bu barədə Londonun meri Sadiq Xan məlumat verib:

“Bu, bir çox londonluları çox məyus edəcək, lakin biz virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atmalıyıq”.

Dekabrın 8-də Britaniya hökuməti “Omikron” ştammının yaratdığı təhlükə ilə əlaqədar bir sıra məhdudiyyətlər elan edib.

Böyük Britaniyada son günlər sutkalıq 80-90 min koronavirusa yoluxma halı aşkarlanıb. Bunlar pandemiyanın başlanğıcından bəri ölkə üçün rekord göstəricidir. Yoluxanların 60 faizində “Omikron” ştammı aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest