Bu şəhərdə məktəblər bağlandı – SƏBƏB

Hindistanın paytaxtı Dehlidə məktəblərə 1 həftə əlavə tətil verilib

Səbəb havanın həddən artıq çirklənməsidir. Bundan əlavə, dövlət qurumlarının əməkdaşları evdən işləyəcək, tikinti işləri dayandırılacaq.

Mərkəzi Nəzarət Şurasının məlumatına görə paytaxt havasının hər kubmetrində nanozərrəciklərin həcmi 300 milliqrama çatır ki, bu da ÜST-ün icazə verdiyi normadan 10 dəfə çoxdur. Hava çirkliliyinin başlıca səbəbi köhnə avtomobillərin çoxluğu və tullantıların yandırılmasıdır.

Beynəlxalq təşkilatların 2020-ci ildəki hesabatına görə dünyanın ən yüksək hava çirklənməsi olan 30 şəhərdən 20-si Hindistandadır. Dehli dünyanın ən çirkli paytaxtı hesab edilir.

“The Lancet” jurnalının məlumatına görə, çirkli hava 2019-cu ildə 1.7 milyon hindistanlının ölümünə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest