Bu şəhərə tarixində ilk dəfə qar yağdı

Meksikanın Puebla əyalətindəki Tlaçiçuka şəhərinə tarixdə ilk dəfə qar yağıb.

Şəhərdə yağan qarın hündürlüyü 14 santimetrə çatıb. İlk dəfə yaşadıqları şəhərin qara büründüyünü görən sakinlər heyrətə düşdüklərini bildiriblər.

Lakin tarixlərində ilk dəfə qarşılaşdıqları şəhərdə problemlər də yaradıb. Şəhər meriyası qar səbəbilə bağlanan yolların açılması üçün tədbir görüləcəyini, tarlalardakı məhsullarına ziyan dəyən vətəndaşlara dəstək veriləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest