Bu səfər Çini çılğına döndərə bilər

ABŞ-Çin münasibətlərinin son 25 illik tarixində ən ağır, ən ciddi böhran yaşana bilər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bazar günü Tayvana yollanmağa hazırlaşır.

N.Pelosi Rusiyanın Ukraynada apardığı müharibə fonunda Çin Xalq Respublikasının Tayvana qarşı aqressiv davranışını ehtimal olunduğu dövrdə Taybeyə dəstək vermək niyyətindədir.

Rəsmi Pekin, təbii ki, bu səfər planını qətiyyətlə pisləyərək bəyan edib ki, N.Pelosi səfərini reallaşdırarsa Çin-ABŞ münasibətlərinə çox ağır zərbə dəyəcək.

İlkin məlumatlara görə, N.Pelosi Yaponiyaya səfərini başa vurandan sonra Tayvana yollanacaq.

Bu, ABŞ Nümayəndələr Palatasının spikerinin son 25 ildə Tayvana ilk səfəridir.

1974-cü ildə spiker Nyut Qinqriç Tayvana səfər etmişdi.

N.Pelosinin ofisində səfərlə bağlı şərh və ya açıqlamadan imtina ediblər.

Tayvan XİN-nin mətbuat katibi Coan Ou da şərhdən boyun qaçırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest