Bu rayonda qaz kəsiləcək

Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu”nda aşkar olunmuş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək “Qəbələ” QPS-dən qidalanan “Qəbələ” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest