Bu ördək danışır -VİDEO

Avstraliyada Ripper adlı bir ördək “sən lənətə gəlmiş axmaq” kimi bir söz deyə bilir.

Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan – “lənətə gəlmiş yemək” kimi də yozula bilən ifadəni öyrəndiyi güman edilir.

Ripper, 1987-ci ilin iyul ayında ornitoloq Piter C. Fullaqar tərəfindən qeydə alınan səs yazısında bir qapının çırpılmasının səsini də simulyasiya edir.

Səslər, bu yaxınlarda Hollandiyadakı Leyden Universitetindən olan alim Karel Ten Keyh tərəfindən quşların vokal bacarıqları üzərində aparılan bir araşdırma çərçivəsində yenidən reproduksiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest